Uşağımız paxıllıq edəndə, onunla necə rəftar edək

Uşağımız paxıllıq edəndə, onunla necə rəftar edək
22:42 8 Noyabr 2016
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Ailələrin əksəriyyətində paxıl uşaqlar vardır. Tədqiqatlar göstərir ki, uşaqların bir çoxu öz qardaş və ya bacılarına qarşı paxıllıq hissini keçirmişlər. Eyni zamanda psixoloqlar bu fikirdədirlər ki, valideyn gərək uşağının bu hissinə xüsusi nəzarət etsin. Çünki əgər özünü, ətrafında olan kiçik yaşlı uşaqlarla müqayisə etsə, problemlə üzləşəcəkdir.

Uşağınızın hisslərinə diqqət edin

Milli.Az deyerler.org-a istinadən bildirir ki, uşaq ailədə onun hisslərinə diqqət edilmədiyini görür, çalışır elə iş görsün ki, sizin diqqətinizi cəlb edə bilsin. Əgər yenə də müvəffəq olmursa, bu zaman başqa pis əməllərə əl atacaqdır. Məsələn, yüksək səslə qışqırmağa başlayacaqdır.
Gərək uşağınıza başa salasınız ki, onun hissləri sizin üçün çox əhəmiyyətlidir. Əgər körpənin paltarını dəyişməyinizə və ya ona yemək verməyinizə paxıllıq edirsə, ona başa salın ki, o, kiçik olduğu üçün ona yardım edirsiniz. Əgər ona lazım olsa, siz ona da yardım edəcəksiniz.

O da bunu bacaracaqdır

Uşaqlar həmişə özlərini başqaları ilə müqayisə edərlər. Onlar belə düşünürlər ki, heç bir işə yaramırlar və ola bilsin ki, ümidsiz də olsunlar. Bu zaman ata və ananın vəzifəsi budur ki, onun istedadlarını üzə çıxartsın və başqalarına bu sahədə paxıllıq etməyini qarşılasınlar. Misal üçün, şəkil çəkməkdə məharətlidir və ya yaxşı futbol oynayır. Əgər uşağınız kiçik yaşlıdırsa, bunları edə bilməyəciyini düşünəcəkdir. Ancaq ona başa salın ki, o, bu işi görə bilər. Vacib deyil ki, ilk çəkdiyi şəkil ideal olsun. Kifayətdir ki, o, şəkil çəkə bilsin. Ona başa salın ki, onun yaşında o qədər uşaq vardır ki, bu işi görə bilmirlər. Çalışın ki, uşağınızı tez-tez təşviq edəsiniz.

Hədiyyə verin

Uşaqların ən çox paxıllıq etdiyi şey - oyuncaqlardır. Əgər valideyn onun istədiyi oyuncaqları almağa qadir deyilsə, onu tədricən bu şeylərə malik olmağı öyrətsin. Eyni zamanda, uşağı təşviq etmək olar ki, ona verilən xırda pullara qənaət etsin və yığsın.  Bu pulları yığsa, istədiyi oyuncağı ala biləcəkdir.
Eyni zamanda uşağınıza hər şeyi istəməməyi də öyrədin. Güzəşt etmək hissini ona aşılayın. Ona başa salın ki, özündə olan oyuncaqların bir çoxu başqa uşaqlarda heç yoxdur. Bu ona kömək edəcəkdir ki, başqalarına daha az paxıllıq etsin.

Adil olun

Əgər uşağınızın biri üçün hədiyyə alırsınızsa, o biri uşağınız üçün də hədiyyə alın. Hər iki uşağınızın qabiliyyətlərinə diqqət edin və hər birini öz istedadına uyğun dəyərləndirin ki, bir-birinə paxıllıq etməsinlər. Əgər hər ikisi bir fəaliyyətdə iştirak edirlərsə, rəqibdirlərsə, təşviqlərinizlə onların birini o birisindən ayırmayın. Gərək sizin sevginizi hər ikisi eyni səviyyədə hiss etsinlər.
Siz övladınıza öyrətməlisiniz ki, özündən kiçiklərə qarşı diqqətli və mehriban olmalıdır. Bu deyilənlərə əməl etsəniz, uşağınız başqalarının malına əl atmaz və onlara hörmət etməyi öyrənər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/487163.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR