Poroşenko Rusiyanı tarixi mənimsəməkdə ittiham edir

Poroşenko Rusiyanı tarixi mənimsəməkdə ittiham edir
23:22 8 Noyabr 2016
95 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna prezidenti Petro Poroşenko Rusiyanı Ukrayna tarixindəki hadisələri və şəxsiyyətləri mənimsəməkdə ittiham edib.
"Bugünlərdə daha bir abidə qoyulub: Kremldə, Vladimir Leninin mavzoleyinin yanında onlar bizim ...Kiyev knyazı Vladimirə abidə qoyublar. Bu, tarixin hibrid mənimsənilməsinə daha bir cəhddir," deyə Poroşenko bu gün Sloveniyanın paytaxtı Lyublyanada Ukrayna şairi və filosofu Qriqoriy Skovorodanın heykəlinin açılışında bildirib.
Milli.Az BBC-yə istinadən bildirir ki, knyaz Vladimirin Moskvanın Borovixa meydanında qoyulmuş heykəlinin açılışı noyabrın 4-də keçirlib. Heykəlin qoyulmasının təşəbbüskarı Rusiyanın hərbi-tarixi cəmiyyətidir.
25 metrlik heykəl ətrafında mübahisələr bir neçə ay davam edib. Əvvəlcə onu Vorobyovo təpələrində qoymaq təklif olunub. Ancaq 40 mindən çox adam onun qoyulmasına qarşı çıxdığına görə abidəni paytaxtın başqa yerində qoymalı olublar.
Ümumrusiya İctimai Firkrin öyrənilməsi Mərkəzinin verdiyi məlumata görə, respondentlərin 55%-i knyaz Vladimirin Moskvada heykəlinin qoyulmasına müsbət yanaşıb.
Rəyi soruşulanların 29%-i bu heykəli Rusiyada yaşayan xalqların birliyinin rəmzi kimi görür. 26%-i isə heykəlin qoyulmasına "ölkə taxrixinin aktuallaşdırılması" kimi baxır.
Respondentlərin 21%-i knyaz Vladimirin heykəlini Rusiya və Kiyev Rus dövləti arasındakı varislik əlaqəsinin rəmzi kimi görür.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/487644.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR