Qidalardakı zərərli qatqılar

Qidalardakı zərərli qatqılar
23:27 8 Noyabr 2016
147 Ölkə
Ölkə mətbuatı
A- A+

Hər gün istifadə etdiyiniz qidaların təbiiliyi barədə heç fikirləşmisinizmi? Bu qidalar süni yollarla yetişdirilirsə orqanizminizə nə zərər verə biləcəyi barədə bəs heç düşünmüsünüz?
Mütəxəssislər bütün meyvə və tərəvəzlərin yalnız öz mövsümündə yeyilməsini məsləhət bilir. Bundan əlavə onlar aldığınız hər meyvə-tərəvəzin satış məntəqəsinə və hətta təmiz yuyulmasına da diqqət etmənizi tövsiyə edirlər. Mütəxəssislərin fikrincə soyulabiləcək meyvə soyularsa, bir-çox xəstəliklərin əmələ gəlməsinin qarşısı alınar.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, adətən bəzi yerlərdə meyvə-tərəvəzi tez yetişməsi üçün ona hormon verilir. Hormon günəş işığı almadan da meyvə-tərəvəzlərin sürətlə böyüməsinə səbəb olur. Bu səbəbdən də çox vaxt qış fəslində daima bazarlarda yay sezonunda yetişə bilən meyvə-tərəvəzlərə rast gəlinir.
Ana təbiət insanlara bəxş etdiyi bütün qida vasitələrinin istifadəsini məsləhət bilir. Amma insanın metobolizmi 4 fəsilə uyğun olaraq çalışmalıdır. Bu təbii bir haldır. Orqanizm yay fəslində bol gün şüası qəbulı etməli, payızda bol meyvə yeməli, qış fəslində isti yeməklərə üstünlük verməli və ilin bütün fəsillərində bol-bol göyərti və tərəvəzlərdən istifadə etməlidir.
Hormonlardan başqa mevə tərəvəzlərə xarab olmaması üçün onlara müxtəlif dərman maddələri (pestisid) vurulur. Bu maddələr öz mövsümündən başqa zamanda yetişdirilən məhsulları müxtəlif xəstəliklərdən və parazitlərdən qoruyur.
Bunları nəzərə alsaq belə nəticəyə gəlmək olar ki, orqnizmimiz gün ərzində bir çox kimyəvi maddələrlə qarşı-qarşıya durur.
Bütün bu kimyəvi maddələr orqanizmində aşağıdakı patologiyaların meydana gəlməsinə səbəb olur:
- immun sistem zəifləyir
- endokrin sistem korlanır
- İQ səviyyəsi aşağı düşür
- autizm meydana gəlir
- azyaşlılarda hiperaktivlik müşahidə edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/487171.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR