Ağsuda müəllim hamamda boğuldu

Ağsuda müəllim hamamda boğuldu
23:47 8 Noyabr 2016
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağsu rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə rayonun Qəşəd kəndində qeydə alınıb.
Kənd sakini 1950-ci il təvəllüdlü Abdulhüseynov Oqtay Abduləli oğlu yaşadığı evin hamam otağında çimərkən kustar üsulla quraşdırılmış su qızdırıcısından sızan dəm qazından boğulub. Ailə üzvləri hadisədən gec xəbər tutublar və 66 yaşlı kişi köməksiz vəziyyətdə qalaraq ölüb.
Qeyd edək ki, Oqtay Abdulhüseynov 42 ildir ki, Qəşəd kənd orta məktəbində müəllim işləyirdi.
Faktla bağlı Ağsu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/487652.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR