Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
00:47 9 Noyabr 2016
111 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.

Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Sərəncamda deyilir ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib.

1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun qəbul edərək onu Dövlət bayrağı elan edib. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib.

2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. Sərəncama əsasən, Dövlət bayrağı Azərbaycan Respublikasının dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli sərəncamı Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir. 2010-cu il sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda Dövlət Bayrağı meydanının açılış mərasimi keçirilib.
Bundan əlavə, meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinə edilmiş əlavəyə əsasən, 9 noyabr - Dövlət Bayrağı Günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Türkiyədən son XƏBƏRDARLIQ: “Hərəkətə keçəcəyik!”

25 Sentyabr 2017 10:23

Sabunçudakı “26 Bakı komissarı” küçəsinin adı dəyişdirilib

25 Sentyabr 2017 10:22

"Qazprom" Azərbaycanda nümayəndəlik açır

25 Sentyabr 2017 10:14

Azərbaycanın İraqdakı konsulu İŞİD-dən xilas edilən uşaqlara baş çəkdi

25 Sentyabr 2017 10:09

Zaqatalada 3 hektar ərazi yandı

25 Sentyabr 2017 10:08

TANAP-ın Mərmərənin dibi ilə keçən hissəsinin tikintisinə start verilib

25 Sentyabr 2017 10:07

Fariz Nəcəfov: “Kim günhkardısa, ciddi şəkildə cəzalanacaq”

25 Sentyabr 2017 10:07

48 yaşlı kişi özünü turnikdən asdı - BAKIDA

25 Sentyabr 2017 10:04

AZƏRBAYCANLI müğənniyə AĞIR İTKİ

25 Sentyabr 2017 10:03

Donald Tramp daha üç ölkənin vətəndaşlarına ABŞ-a girişi qadağan edib

25 Sentyabr 2017 10:02

Zaqatala meşəsində baş verən yanğın söndürülüb

25 Sentyabr 2017 10:02

Millimizdə yeni futbolçu

25 Sentyabr 2017 09:57

BAKI: 695 bal toplayan tələbə bu ixtisası seçdi

25 Sentyabr 2017 09:56

Heydər Əliyev Sarayında "Məşhurlar və övladları"

25 Sentyabr 2017 09:54

Zavodda GÜCLÜ PARTLAYIŞ: 8 ölü, 30 yaralı

25 Sentyabr 2017 09:53

Bakıda 48 yaşlı kişi intihar edib

25 Sentyabr 2017 09:52

VALYUTA MƏZƏNNƏLƏRİ

25 Sentyabr 2017 09:48

İraqda sığınacaqda saxlanılan azərbaycanlı uşaqlardan birinin qohumları tapıldı - FOTO

25 Sentyabr 2017 09:48

Adriana Limanın yəhudi əsilli sevgilisi PİS VƏZİYYƏTDƏ QALDI - FOTO

25 Sentyabr 2017 09:48

Payız zövqünüzü bizimlə yeniləyin

25 Sentyabr 2017 09:47

Zaqatalada meşə yanğını söndürülüb

25 Sentyabr 2017 09:44

Azərbaycan akademik avarçəkəni dünya çempionatında mübarizəyə başlayıb

25 Sentyabr 2017 09:42

Cəbhədən son məlumat

25 Sentyabr 2017 09:41

Arda Turan sevgilisindən yenə ayrıldı - FOTO

25 Sentyabr 2017 09:39

Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu

25 Sentyabr 2017 09:38

Konsul Zəbi Axundov İraqda saxlanılan azərbaycanlı uşağa baş çəkib

25 Sentyabr 2017 09:37

Ramin Musayev: "Kişi kişini vurar da…"

25 Sentyabr 2017 09:37

Atəşkəs 148 dəfə pozulub

25 Sentyabr 2017 09:34

Tuba Büyüküstünün eks-ərindən ŞOK AÇIQLAMA: “Onun sevgilisi var deyə…”

25 Sentyabr 2017 09:33

Dünya birjalarında neft

25 Sentyabr 2017 09:31

Tarixi referendum başladı – KÜRDÜSTAN MÜSTƏQİL OLUR

25 Sentyabr 2017 09:29

Aydın Əliyev Ağdamda qəbul keçirəcək

25 Sentyabr 2017 09:28

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (25.09.2017)

25 Sentyabr 2017 09:27

AŞPA-nın Alt Komitəsi bu gün Afinada həlli uzanan münaqişələrin nizamlanması məsələsinin müzakirə edəcək

25 Sentyabr 2017 09:27

Erməni tərəfi atəşkəs rejimini 148 dəfə pozub

25 Sentyabr 2017 09:27

Mərkəzi Bank günün məzənnəsini

25 Sentyabr 2017 09:27

11 yaşlı qızı zorlayan azərbaycanlı həbs edildi

25 Sentyabr 2017 09:24

Tikintidə İNANILMAZ qəza: Dəmir qarnından girib başından çıxdı -VİDEO

25 Sentyabr 2017 09:23

"Yaxşı ki atama oxşamamışam" - məşhur müğənninin oğlu

25 Sentyabr 2017 09:19

Neft ucuzlaşdı

25 Sentyabr 2017 09:18

Sentyabrda necə geyinək?

25 Sentyabr 2017 09:14

Cüdoçularımız Avropa çempionatından 5 medalla qayıdır - FOTOLENT

25 Sentyabr 2017 09:09

Neymarın maaşı Messi və Ronaldonu qısqandırdı

25 Sentyabr 2017 09:07

ABŞ-da həbsxanada qiyam - Ölən və yaralananlar var

25 Sentyabr 2017 09:03

İran Qərbi Azərbaycanda təlimlərə başladı

25 Sentyabr 2017 08:38

Trampdan yeni fərman - Daha 3 ölkə üçün qapılar bağlandı

25 Sentyabr 2017 08:28

Azərbaycan filmi Böyük Britaniyada nümayiş olunacaq

25 Sentyabr 2017 08:13

Bakıda avtoxuliqanlıq edən taksi sürücüsü qəza törədib

25 Sentyabr 2017 08:02

Oturaq insanların orqanizmində baş verən QORXUNC PROSESLƏR

25 Sentyabr 2017 07:28

Fişəng fabrikində yanğın - 8 ölü, 25 yaralı

25 Sentyabr 2017 07:19