İlk nəticələr: Tramp Floridada da liderdir

İlk nəticələr: Tramp Floridada da liderdir
05:04 9 Noyabr 2016
36 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Respublikaçılar Partiyasından ölkə prezidentliyinə namizəd Donald Tramp seçkilərin yekun nəticəsinə təsir edə biləcək həlledici ştatlardan biri hesab edilən Florida ştatı üzrə rəqibi demokrat Hillari Klintonu qabaqlayır.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  Florida üzrə bülletenlərin hesablanmış 2 faizinin nəticəsinə görə, Tramp 57,7 faiz, Klinton isə 28,3 faiz səs toplayıb.  

 

Qeyd edək ki, Floridada gərgin seçkiqabağı mübarizə aparılıb, keçirilmiş sorğularda üstünlük Klintonda olub.    

 

Xatırladaq ki, bundan əvvəlki prezident seçkilərində respublikaçı Corc Buş (kiçik) və demokrat Barak Obama (hərəsi iki dəfə) bu ştatda qələbə qazanıblar.    

 

Ştatın əhalisinin sayı 20 mln. nəfər təşkil edir.  

 

Qeyd edək ki, səsvermə başa çatmış Kentukki ştatı üzrə hesablanmış 2 min bülletenin nəticəsinə görə, Tramp 79 faiz, Klinton isə 18 faiz  toplayıb. 

 

İndiana ştatında isə bülletenlərin hesablanmış 1 faizinin nəticəsinə görə, Tramp 69,3 faiz, Klinton isə 27,5 faiz səs toplayıb.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258959

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR