Maye-qaz sürücünü maşınsız qoydu - VİDEO

Maye-qaz sürücünü maşınsız qoydu - VİDEO
05:13 9 Noyabr 2016
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə şəhərində yaşayan bir sürücü benzinlər işləyən avtomobilin mühərrikində dəyişiklik edərək avtomobilə qaz balonu quraşdırıb. Buna görədə avtomobilin idarə edilməsinə icazə verilmir. Yol polisinin xəbəri olmadan bu dəyişikliyi etdiyinə görə ona 150 manatlıq cərimə tətbiq edilib və maşını duracaqa qoyulub.

Bundan sonra sürücü nə qədər çalışsa da avtomobilini qazla işləyən mühərrikə uyqun sənədləşdirə bilməyib. Üstəlik hər dəfə yol polisi tərəfindən saxlanılanda ona 150 manatlıq cərimə tətbiq edilir.

Baş Dövlət Yol Polis idarəsinin şöbə rəisi Kamran Əliyev bildirir ki, sürücü bu dəyişikli etməmişdən əvvəl ərizə ilə yol polisinə müraciət etməli idi.

Kamran Əliyev bildirir ki, sürücü avtomobili bu şəkildə idarə edilməsi qadağandır və həmin avtomobilə əlavə avadanlıq quraşdırıldığı üçün sürücüyə 150 manatlıq cərimə tətbiq edilməlidir. Sürücü avtomobili bu şəkildə idarə etmək istəyirsə yol polisinə müraciət etməli həmin razılıq almalı, quraşdırılan avadanlıqın təhlükəsizliyi təmin edildikdən sonra quraşdırılmalı və sınaq aktı əsasında qeydiyyatı aparılmaldıır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/175257.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR