Əhali pulunu evlərə yatırır - GÜNDƏ 4 MİLYON MANAT

Əhali pulunu evlərə yatırır - GÜNDƏ 4 MİLYON MANAT
22:57 5 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan əhalisi aktiv surətdə daşınmaz əmlaka yatırım etməyə başlayıb. Milli.Az fins.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı hesabatdan məlum olur. AMB-nin məlumatlarına görə, bu ilin 11 ayında daşınmaz əmlakın alınmasına və tikintisinə ayrılan kreditlər 271 milyon manat artıb.

Nətcədə dekabrın 1-ə bu sahəyə ayrılan kreditlərin həcmi 1 milyard 162 milyon manata çatıb. Son aylar isə bu proseslər daha da sürətlənib. Belə ki, təkcə noyabr ayında daşınmaz əmlakın tikintisinə və alınmasına 124 milyon manat xərclənib. Bu hesabla noyabrın hər günündə əmlak bazarına bu və ya digər formada 4 milyon manatdan artıq vəsait yatırılıb.

Müqayisə üçün bildirək ki, noyabr ayında ölkədə verilən istehlak kreditlərinin həcmi cəmi 144 milyon manat təşkil edib. Bu hesabla həmin dövrdə verilən istehlak kreditlərinin 86%-i məhz əmlak bazarına yönəldilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/317416.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR