Tramp Texas, Arkanzas və Kanzas ştatlarında Klintonu qabaqlayır

Tramp Texas, Arkanzas və Kanzas ştatlarında Klintonu qabaqlayır
08:42 9 Noyabr 2016
75 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Respublikaçılar Partiyasından ölkə prezidentliyinə namizəd Donald Tramp Texas ştatı üzrə demokrat Hillari Klintonu kiçik fərqlə qabaqlayır.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə,  ştat üzrə bülletenlərin hesablanmış 50  faizinin nəticəsinə görə, Tramp 49,7 faiz, Klinton isə 46,2 faiz səs toplayıb. 
 
Tramp həmçinin Arkanzas və Kanzas ştatlarında da liderliyi ələ keçirib. Belə ki,  Arkanzasda bülletenlərin hesablanmış 15 faizinin nəticəsinə görə, Trampa 52,3 faiz, Klintona isə 42,7 faiz səs verilib. Kanzasda səslərin hesablanmış 1 faizinin nəticəsinə görə, seçicilərin 54,3 faizi Trampı, 39,8 faizi isə onun rəqibini dəstəkləyib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR