Robert Sekuta: "ABŞ-ın xarici siyasətinin necə dəyişəcəyini söyləmək hələ ki tezdir"

Robert Sekuta: "ABŞ-ın xarici siyasətinin necə dəyişəcəyini söyləmək hələ ki tezdir"
09:18 9 Noyabr 2016
51 Ölkə
Ölkə mətbuatı
A- A+

ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tərəflərinin yaxınlaşması istiqamətində fəaliyyətini davam etdirir.

Publika.az-ın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Bakıda jurnalistlər qarşısında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həmsədrlər hər iki ölkənin XİN başçıları və Prezidentlərinin yeni görüşləri üzərində işləyir.

Səfir qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə və beynəlxalq hüquq çərçivəsində həll oluna bilər.

ABŞ-ın Azərbaycana dair siyasətinin necə dəyişəcəyi haqqda danışmaq hələ ki tezdir, seçkilərin nəticələrini gözləmək lazımdır.

"Hələ yanvar ayının 20-dək prezident Barak Obamadır", - səfir deyib.

Səfir potensial qalib barədə heç bir şərh verməyib və nəticələri müşahidə etməyi məsləhət görüb.

"ABŞ-da seçkilər bu ölkənin gələcəyi ilə bağlı insanlar arasında keçirilən debatlardı" - Sekuta deyib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/175262.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR