Ramos və Benzema məşqlərə başladılar

Ramos və Benzema məşqlərə başladılar
10:42 9 Noyabr 2016
44 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın futbolçusu Serxio Ramos məşqlərə başlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ispan müdafiəçi topla məşq edib. Onun "Atletiko"ya qarşı oyuna kimi hazır olacağı gözlənilir. Qeyd edək ki, "Atletiko" - "Real" matçı noyabrın 19-u keçiriləcək.

"Real"ın hücumçusu Kərim Benzema da zədəsini sağaldıb. 

Fransız hücumçu artıq hazırlıqlara start verib. "Real"ın forvardı toplu çalışma zamanı çəkilmiş videosunu sosial şəbəkədə paylaşıb. Hələlik Benzemanın La Liqanın qarşıdakı turunda "Atletiko" ilə görüşdə meydana çıxıb-çıxmayacağı məlum deyil. 

Qeyd edək ki, Benzema cari mövsüm "Real"ın heyətində bütün turnirlər nəzərə alınmaqla 13 oyunda forma geyib və 5 qol vurub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR