Klintondan VİDA MESAJI: "Təşəkkür edirəm..."

Klintondan VİDA MESAJI: "Təşəkkür edirəm..."
10:52 9 Noyabr 2016
232 Dünya
Ölkə mətbuatı
A- A+

"Seçkinin nəticələri nə olursa-olsun, hər şeyə görə təşəkkür edirəm".

Milli.Az azvision.az-a istinadən bildirir ki, Demokratlar Partiyasının namizədi Hillari Klinton seçkidə Respublikaçılar Partiyasından olan rəqibi Donald Trampın sürpriz şəkildə liderliyi ələ keçirməsinin ardından rəsmi "Twitter" hesabından belə bir açıqlama ilə çıxış edib.

O, seçki kampaniyasını aparan komandasına təşəkkür edib: "Bu axşam nə olursa-olsun hər şeyə görə təşəkkür edirəm. Sizinlə qürur duyuram". 

Qeyd edək ki, qeyri-rəsmi nəticələrə görə, hazırda Donald Tramp 254 səslə irəlidədir. Hillari Klinton isə 209 səs qazana bilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/487733.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR