Deputat: "Seçkilərin nəticələri ABŞ-ın Azərbaycana münasibətdə siyasətinə ciddi təsir göstərməyəcək"

Deputat: "Seçkilərin nəticələri ABŞ-ın Azərbaycana münasibətdə siyasətinə ciddi təsir göstərməyəcək"
11:27 9 Noyabr 2016
215 Ölkə
Ölkə mətbuatı
A- A+

"ABŞ-ın son prezident seçkiləri ilə bağlı qəbul etdiyi qərar bütün dünya tərəfindən qəbul olunacaq".

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Fuad Muradov jurnalistlərə deyib.

ABŞ-da keçirilən seçkilərin ilkin nəticələrinin artıq bəlli olduğunu deyən F.Muradovun fikrincə, bu seçkilər çox maraqlı keçdi.

Millət vəkili deyib ki, seçkilərin nəticələrinin ABŞ-ın Cənubi Qafqaza, o cümlədən Azərbaycana münasibətdə siyasətinə ciddi təsir göstərəcəyini düşünmək olmaz: "Çünki bu günə qədər ABŞ siyasəti daha çox şəxsiyyət üzərində deyil, ümumi maraqlar üzərində qurulub. Bu istiqamət üzrə də siyasət davam etdiriləcək. Xüsusən Şərqdə, Suriya hadisələrində bu günə qədər hansı siyasət yürüdülübsə, həmin siyasət də davam edəcək".

Respublikaçılar Partiyasından ABŞ prezidenti seçkilərinə namizəd kimi qatılan Donald Trampın Yaxın Şərqlə bağlı mövqeyinə də münasibət bildirən F.Muradov qeyd edib ki, əksər siyasətçilər seçkiqabağı proseslərdə belə çıxışlar edir: "Amma indiyədək ABŞ prezidentlərinin seçkiqabağı və seçkidən sonrakı yanaşması çox fərqlənib".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/487748.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR