Hillari Klinton Donald Trampa zəng vuraraq məğlubiyyətini qəbul edərək onu təbrik edib.
Publika.az xəbər verir ki, bu haqda CNN telekanalı xəbər verib.
Telekanal Tramp və Klintonun danışığının təfərrüatlarını açıqlamayıb. Amma rəsmən nə Klinton, nə də onun seçki qərargahı seçkilərdə məğlubiyyəti elan etməyiblər.
İndiki dəqiqələrdə ABŞ-ın yeni prezidenti seçilən Donald Tramp qələbə nitqi ilə çıxış edir.
Ömər Dağlı