Çovdarovun oğlu atasının heç yerdə olmayan sənədlərini üzə çıxardı - FOTO

Çovdarovun oğlu atasının heç yerdə olmayan sənədlərini üzə çıxardı - FOTO
12:22 9 Noyabr 2016
443 Ölkə
Ölkə mətbuatı
A- A+

Hazırda həbsdə olan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin generalı Akif Çovdarovun oğlu atası haqda heç bir yerdə rast gəlinməyən sənədləri yayımlayıb.

Milli.Az criminal.az-a istinadən xəbər verir ki, generalın oğlu Ruslan Çovdarovun təqdim etdiyi sənədlərdən Akif Çovdarovun müharibə veteranı olduğu məlum olur.  R.Çovdarov bildirib ki, bəzi media nümayəndələrindən fərqli olaraq, onun sözlərinin arxasında faktlar dayanır.

R.Çovdarovun təqdim etdiyi sənədlərin hazırda həbsdə olan atasına qarşı sürülmüş ittihamlar qarşısında nə dərəcədə tutarlı sübut olmasını yox, oxucular üçün maraqlı olacağını nəzərə alaraq təqdim edirik.

Xatırladaq ki, R.Çovdarov bir neçə gün əvvəl mətbuata geniş müsahibə verərək atası ilə bağlı məlumatlar vermişdi.

Milli.Az






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR