Tramp prezident seçilsə, ABŞ "təcrid siyasəti"nə qayıdacaqmı? - Səfirin cavabı

Tramp prezident seçilsə, ABŞ "təcrid siyasəti"nə qayıdacaqmı? - Səfirin cavabı
12:37 9 Noyabr 2016
122 Dünya
Ölkə mətbuatı
A- A+

"Dünyada seçki prosesinin gerçəkliyi bundan ibarətdir ki, namizədlər seçkiöncəsi kampaniyada müxtəlif bəyanatlarla çıxış edirlər. Amma onlar hakimiyyətə gəldikdən sonra yaranmış yeni vəziyyət, yeni faktorlar onları öz mövqelərində dəyişikliklər etməyə vadar edir. İndi istər Klinton, istərsə də Tramp seçiləcəkləri təqdirdə, onlar da öz gələcək xarici siyasətlərini planlaşdıracaqlar".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Respublikaçılar Partiyasından ABŞ-da prezident seçkilərinə namizəd kimi qatılan Donald Trampın seçiləcəyi təqdirdə ABŞ-ın "təcrid" siyasətinə qayıdacağı ilə bağlı suala cavab verərkən deyib.

Seçki prosesinin hələ yekunlaşmadığını bir daha vurğulayan səfir bildirib ki, namizədlərdən heç biri öz mövqelərini qətiləşdirməyiblər:

"Keçid müddətində onlar bunu müəyyənləşdirməklə məşğul olacaqlar".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR