ABŞ-ın yeni prezidenti Donald Tramp olub.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, digər namizəd Hillari Klintona səs çoxluğu ilə qalib gəlib.
Xəbərlərdə qeyd olunub ki, ilk dəfə ABŞ-da siyasətə aidiyyatı olmayan biri prezident seçilib. Tramp biznesmen kimi fəaliyyət göstərir, o, bir çox məşhur şirkətlərin sahibidir.