Azərbaycan Cənubi Koreyaya rəqib oldu

Azərbaycan Cənubi Koreyaya rəqib oldu
23:06 5 Yanvar 2015
221 İdman
Ölkə mətbuatı
A- A+

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə iştirak edən 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının növbəti rəqibləri müəyyənləşib.

ANS PRESS-in məlumatına görə, mübarizə apardığı F qrupunda birinci yeri tutan futbolçularımız növbəti oyunlarını D və E qrupunun qalibləri - müvafiq olaraq, Sankt-Peterburq komandası və Cənubi Koreya yığmasına qarşı keçirəcək.

İkinci qrup mərhələsinin H qrupunun Sankt-Peterburq – Azərbaycan oyunu yanvarın 7-də, Azərbaycan – Cənubi Koreya qarşılaşması isə ertəsi gün – yanvarın 8-də, Peterburqkski İdman-Konsert Kompleksində təşkil olunacaq. Hər iki oyun yerli vaxtla saat 16.30-da (Bakı vaxtı ilə saat 17.30) başlayacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR