Göyçay rayonunda piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu gün saat 11:30 radələrində Göyçay-Ucar avtomobil yolunun 1-ci kilometrliyində rayonun Potu kənd sakini, 1939-cu il təvəllüdlü Güləhməd Cavadov mağazadan çıxıb yolu keçərkən "VAZ 2107" markalı minik avtomobili onu vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan Güləhməd Cavadov Göyçay Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Milli.Az