Heyvanlar haqqında bilmədikləriniz - fotolar

Heyvanlar haqqında bilmədikləriniz - fotolar
13:36 9 Noyabr 2016
146 Şou
Ölkə mətbuatı
A- A+

Çöl heyvanlarının çoxu həyatları mübarizədən ibarət olduğu üçün vəhşiliyə öyrəşiblər. Yaşamaq üçün öldürməli, öldürmək üçün güclü olmalıdırlar. Həmin heyvanların əksəriyyəti qüvvətlidir. Amma onların ən güclüləri insanı daha çox qorxuya salır və ya təəccübləndirir.

Axşam.az xarici KİV-ə istinadən sizə onların bəziləri barədə məlumat verir.

Qartal - çəkisindən dörd dəfə ağır olan ovunu yaxalaya, bədənini deşə və havaya qaldıra bilər. Havaya qaldırdığı bu ağır ovu bir müddət göydə dimdiyində saxlamaq qabiliyyətinə də malikdir.



Anakonda - öz çəkisindən 250 kiloqram çox ağırlığı olan canlıları güclü bədəni ilə sıxıb, bir neçə saniyəyə nəfəsini kəsir.



Qonur ayı - yetkinlik yaşına çatanda yarım tondan çox çəkisi olan şikarı rahat qaldıra və bir yerdən başqa yerə apara bilir.



Bizon - öz çəkisindən 1,5 dəfə ağır ovlarını məhv etmək və daşımaq qabiliyyətinə malikdir.



Pələng - gözündən heç nə yayınmır. Uçanı, qaçanı sağ buraxmamaq, sanki, genetik kodlarına yazılıb. Yetər ki, çəkisi 550 kiloqramdan ağır olmasın. Onlar, hətta, şikarlarını hündür ağacların zirvələrinə də daşıya bilələr.



Qorilla - 30 orta çəkili insan ağırlığında yükü qaldıra bilir. Bu isə öz çəkisinin 10 qatına bərabərdir.



Fillər - ən güclülər sırasında sonuncu yerdədir. Çünki öz çəkilərinin 1/3- dən daha ağırını qaldırmağa tənbəllik edirlər.



Qarışqalar - çəkisindən 50 dəfə ağır yükləri daşıya bilirlər.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60789

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR