ABŞ-da seçkilərin nəticələri açıqlandıqdan sonra hər kəs nə baş verdiyinin şokunda.
Milli.Az Milliyet-ə istinadən bildirir ki, demokratların güclü olduğu Kaliforniya ştatında Donald Trampın qələbə qazanması sakinləri kampaniyaya başlamağa vadar edib.
Kaliforniyada yaşayanlar sosial səbəkələrdə ABŞ-ın tərkibindən ayrılmaq üçün kampaniyaya start veriblər.
#CalExit heşteqi ilə "Twitter"dən başladılan kampaniyada kaliforniyalı istifadəçilər Birləşmiş Ştatların tərkibindən ayrılmağı istəyərək minlərlə şərh yazırlar.
Təhməz Təkin
Milli.Az