Kürdəmirdə "Mercedes" aşıb, sürücü ölüb

Kürdəmirdə "Mercedes" aşıb, sürücü ölüb
13:42 9 Noyabr 2016
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Kürdəmir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report-a istinadən bildirir ki, hadisə rayonun Sor-Sor kəndi ərazisində baş verib.

Belə ki, Laçın rayon sakini Ramil Məcnunov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili aşırıb. Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilən yaralı orada ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/487837.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR