Binəli Yıldırımdan Trampa çağırış: "Güləni ekstradisiya edin"

Binəli Yıldırımdan Trampa çağırış: "Güləni ekstradisiya edin"
13:58 9 Noyabr 2016
59 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Baş naziri Binəli Yıldırım ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı təbrik edib və onu Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fəthullah Gülənin ekstradisiya olunmasına kömək etməyə çağırıb.

Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Onun sözlərinə görə, F.Gülən və onun hərəkatı Ankara-Vaşinqton münasibətlərinə mənfi təsir göstərir:

"Mən əminəm ki, əgər ABŞ qısa müddətdə Güləni ekstradisiya etsə, münasibətlərdə yeni səhifə açılacaq".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR