ABŞ-ın birinci xanımı Melaniya Tramp kimdir? - təfərrüat+fotolar

ABŞ-ın birinci xanımı Melaniya Tramp kimdir? - təfərrüat+fotolar
14:01 9 Noyabr 2016
472 Şou
Ölkə mətbuatı
A- A+

Mişel Obamadan sonra ABŞ-ın birinci xanımı Melaniya Tramp oldu.

Axşam.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu gün ABŞ-ın 45-ci prezidenti Donald Tramp seçilib və onun həyat yoldaşı Melaniya Tramp da ölkənin birinci xanımı olub.

46 yaşlı Sloveniya gözəli daim həyat yoldaşını dəstəklədiyini və ona inandığını bildirib.

"Mən Trampa inanırdım. Mehribanlıq həmişə hər şey deyil. Mənim onu sevməyimə də səbəb budur", - deyə o qeyd edib.

Milaniya Knauss 1970-ci ildə Sloveniyada anadan olub. Model karyerasına 16 yaşında Milan və Parisdə keçirilən gözəllik yarışmalarına qatılmaqla başlayıb və tez bir zamanda uğur qazanıb.

1999-cu ildə "Allure" jurnalında işə başlayarkən Trampla tanış olur. Nyu-Yorkda model kimi fəaliyyətini davam etdirərkən isə onların münasibəti daha da yaxınlaşır.

2005-ci ildə Melaniya Knauss Donald Trampa ərə gedir. Onların möhtəşəm toyuna bir milyon dollar xərclənir.






Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60792

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR