Madonna: "Tramp üzündən dünyaya rəzil oluruq"

Madonna: "Tramp üzündən dünyaya rəzil oluruq"
14:13 9 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Demokratlar Partiyasından prezidentliyə namizəd Hillari Klintonu dəstəkləyən müğənni Madonna Respublikaçılar partiyasının namizədi Donald Tramp üzündən ABŞ-ın bütün dünyaya rəzil olduğunu söyləyib.

Publika.az xəbər verir ki, "İnstagram" hesabından paylaşdığı mesajda amerikalılara prezident seçkisinin "reality show" olmadığını diqqətə çatdıran Madonna "Trampın seçilmə ehtimalı olduğu üçün belə dünyaya rəzil oluruq." deyib.

“Əgər Tramp seçilərsə, bütün dünya heç vaxt itirmədən bir döyüşə girəcək. Trampın elektron məktublarda nə yazacağını təxmin belə edə bilmirəm. Onun yazı yazmağı bildiyi belə məchuldur. Oyanın insanlar, bu, bir “reality show” deyil".

Mələk

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR