Putinlə görüş, Ukraynanin bölünməsi, Əsədin legitimliyi – Tramp üçün PROQNOZLAR

Putinlə görüş, Ukraynanin bölünməsi, Əsədin legitimliyi – Tramp üçün PROQNOZLAR
14:48 9 Noyabr 2016
216 Dünya
Ölkə mətbuatı
A- A+

Publisist, ictimai xadim və Litvinenko Fondunun başçısı Aleksandr Qoldfarb ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qələbəsinin geosiyasətə necə təsir edəcəyinə dair fikirlərini bildirib.

Publika.az xəbər verir ki, 35 ildən çox ABŞ-da yaşayan Qoldfarb Ukraynanın “QORDON” nəşri üçün yazdığı məqaləsində geosiyasət, iqtisadiyyat və sosial sferada aşağıdakı hadisələrin baş verə biləcəyini proqnozlaşdırıb.

Beynəlxalq münasibətlər:

- Putinlə Trampın görüşü

- Krımın zəbtinin tanınması

- Rusiyaya qarşı sanksiyaların ləğvi

- Ukraynanın faktiki bölünməsi

- Suriyada Bəşər Əsəd rejiminin legitimliyinin tanınması

- Suriyada anti-terror koalisiyasının dağılması

- Hələbin Əsədə təslim edilməsi və müxalifətin dağıdılması

- Suriya qaçqınlarının Avropaya axınının güclənməsi

- Avropa İttifaqında qeyri-stabillik

- Avropa İttifaqı ölkələrində sağ təmayüllü radikalların hakimiyyətə gəlişi

İqtisadiyyat

- Maliyyə bazarlarının iflası

- ABŞ-ın beynəlxalq razılaşmalardan çıxması

- ABŞ-ın Meksika və Çinlə “tarif müharibəsi”

- ABŞ və dünyada iqtisadi azalma

- İnflyasiya və işsizliyin kəskin artması

Sosial sfera:

- ABŞ-da ümumi tibbi sığortanın - “Obamacare”nin ləğvi

- Tibbi sığortadan məhrum olan 20 milyon amerikalının sosial etirazları

- İrqlərarası gərginliyin gücləndirilməsi

- Qeyri-leqal immiqrantların ölkədən kütləvi çıxarılması

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/175310.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR