Saakaşvilinin istefası qəbul edildi

Saakaşvilinin istefası qəbul edildi
16:18 9 Noyabr 2016
150 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın Nazirlər Kabineti Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin istefasını qəbul edib.

Publika.az “RBK-Ukrayna” agentliyinə istinadən xəbər verir ki, qərar qurumun bugünkü iclasında qəbul edilib.

Xatırladaq ki, Mixail Saakaşvili noyabrın 7-də istefa verib. Saakaşvili Odessada keçirdiyi mətbuat konfransında deyib ki, istefa qərarı hakimiyyətin korrupsiya ilə mübarizə aparmaq istəməməsi ilə əlaqədardır. O, bildirib ki, Ukrayna prezidenti Pyotr Poroşenko regionda korrupsiya klanlarını şəxsən dəstəkləyir.

Ukrayna prezidenti Saakaşvilinin istefasını siyasi ambisiyalarla bağlayıb.

Saakaşvili 2015-ci il mayın 30-da bu vəzifəyə təyin edilmişdi.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/175321.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR