“Azercell Telekom” MMC və “PAŞA Bank”ın dəstəyi, “Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi”nin və “WoWoman” platformasının təşkilatçılığı ilə gənc proqramçılar üçün təlim və yarış xarakterli “TechFall 2016 Hackathon” layihəsi başa çatıb.
5-6 noyabr tarixlərində keçirilən final mərhələsində komandalar püşkatma vasitəsilə mövzu seçib, həmin mövzu üzərində yatmadan 36 saat ərzində tətbiq hazırlayıblar. Təqdim olunan tətbiq ilk öncə texniki münsiflər heyəti tərəfindən qiymətləndirilib. 9 noyabr tarixində keçirilən təqdimat mərasimində isə komandaların tətbiqləri peşəkar münsiflər qarşısında təqdim edilib və qaliblər bəlli olub.Beləliklə “TechFall 2016 Hackathon” yarışmasında “Mango” layihəsi ilə “HelloHackathon” komandası qalib olub.II yeri “Hacksters”, III yeri isə “Compilers” komandası qazanıb.“TechFall 2016 Hackathon” yarışmasında ilk yerin qalibinə Azercell və “PAŞA Bank”dan dəyərli hədiyyələr, 2-ci yerin sahiblərinə “Step IT” akademiyasından IT kurslarda 1 aylıq iştirak kuponu, 3-cü yerin sahibinə isə Barama İnnovasiya və Sahibkarlıq mərkəzi tərəfindən dəyərli hədiyyələr təqdim edilib.
Məlumat üçün bidirək ki, Hachathon — proqramçıların birləşərək
müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və
yarışdıqları tədbirlər silsiləsidir. “Hackathon”da proqramçılar
müəyyən olunmuş vaxt ərzində proqramlaşdırma sahəsində öz
məharətlərini göstərirlər. “Hackhaton”lar mütəmadi olaraq dünyanın
bir çox yerində, adətən “Google”, “Netflix”, “Facebook”, “HP” və
“Microsoft” kimi nəhəng şirkətlər tərəfindən həyata keçirilir.
Onu da bildirək ki, layihə çərçivəsində komandaların qida təlabatı
Özsut restoranlar şəbəkəsi tərəfindən ödənilib. Tədbirin Media
dəstəyi isə technote.az tərəfindən təmin edilib.
Qeyd edək ki,“TechFall 2016 Hackathon” layihəsinin əsas məqsədi
ölkəmizdə informasiya texnologiyaları sahəsinə olan marağı artırmaq
və bu sahədə olan istedadlı insanların bacarıqlarını göstərməsinə
şərait yaratmaqdır. Bununla yanaşı keçirildiyi müddət ərzində
müxtəlif proqramların və alətlərin yaradılması, bununla da
proqramçıların öz aralarında rəqabət şəraitində biliklərini yoxlama
və yeni biliklər qazanmalarına şərait yaratmaq da layihənin əsas
məqsədlərindəndir.
Xatırladaq ki, Barama İnnovasiya Mərkəzi Azercell şirkəti tərəfindən Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə yaradılmış layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startup-ları dəstəkləyərək onların şirkət kimi fəaliyyət göstərməsinə kömək edir. Barama fəaliyyətdə olduğu 7 il ərzində mərkəz bir çox uğura imza atıb. Belə ki, mərkəzdə 100-dən çox layihə fəaliyyətə başlayıb, onlardan 40-ı uğurla başa çatıb, hal-hazırda fəaliyyətdə olan 4 uğurlu şirkət yaranıb.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz