Ledi Qaqa göz yaşları içində mitinqə qatıldı - foto

Ledi Qaqa göz yaşları içində mitinqə qatıldı - foto
16:51 9 Noyabr 2016
238 Şou
Ölkə mətbuatı
A- A+

ABŞ-da Donald Trampın prezident seçilməsi onun rəqibi Hillari Klintona dəstək verən məşhurların etirazına səbəb olub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, müğənni Ledi Qaqa da nəticələri Klintonun seçki qərargahına aid olan çadırda izlədikdən sonra göz yaşlarını saxlaya bilməyib. O, Nyu-Yorkda "Tramp qüllələri"nin qarşısındakı etiraz mitinqinə qatılıb. L.Qaqa əlində Trampın adına uyğun düzəldilən "Sevgi nifrəti məğlub edəcək" (Love Trumps Hate) şüarını da tutub.

İfaçı Tvitter hesabından paylaşdığı mesajda isə hər kəsi etiraza səsləyib:

"Ümid dolu bir otaqda bir gün bizim də səsimiz eşidiləcək. Nəzakət, bərabərlik və sevgi üçün ayağa qalxın. Amerika üçün dua edin".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60806

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR