Ziya Məmmədovun oğlu Trampın qızını belə təbrik etdi - foto

Ziya Məmmədovun oğlu Trampın qızını belə təbrik etdi - foto
17:41 9 Noyabr 2016
7550 Şou
Ölkə mətbuatı
A- A+

Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, Azərbaycan-Amerika Alyansının rəhbəri Anar Məmmədov ABŞ-da yeni prezident seçilmiş Donald Trampın simasında onun ailəsini təbrik edib.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Anar Məmmədov Trampın qızı İvankayla fotosunu paylaşaraq qısa şərh verib:

“Mənim əziz dostum, bu tarixi gün münasibətilə səni və sənin ailəni təbrik edirəm!”

Qeyd edək ki, biznesmen Anar Məmmədovun Donald Trampla iş birliyinin olması haqda Azərbaycan mətbuatında uzun illər yazılıb. İş adamı eyni zamanda Bakının Xətai rayonu ərazisində “Tramp” adlı böyük bir plaza da tikdirib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60809

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR