"Sarkisyanla Köçəryan kimilər mühakimə olunmasa, 20 ildən sonra erməni xalqı qalmayacaq"

"Sarkisyanla Köçəryan kimilər mühakimə olunmasa, 20 ildən sonra erməni xalqı qalmayacaq"
17:52 9 Noyabr 2016
498 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistanda Qarabağ münaqişəsinin sülh yolu ilə həllini arzulayan insanlar çoxdur.  

APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən mətbuat konfransında "Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri:  Ermənistan və Azərbaycandan baxış" adlı beynəlxalq konfransın iştirakçısı, "Meridian" Qeyri-Hökumət Təşkilatının sədr müavini, hüquq müdafiəçisi Suzanna Çaqinyan bildirib.  
 
S.Çaqinyan deyib ki, əgər Serj Sarkisyan və Robert Köçəryan kimilər mühakimə olunmasa, 20 ildən sonra erməni xalqı qalmayacaq: "Haaqa tribunalı da onlar üçün azdır". 
  
Hüquq müdafiəçisi Ermənistana qayıdacağını da vurğulayıb: "Ermənistan mənim vətənimdir, işğalçılarla mübarizə aparmaq üçün mütləq Ermənistana qayıdacağam".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/487873.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR