Bakıda quldurluqla məşğul olan dəstə tutuldu

Bakıda quldurluqla məşğul olan dəstə tutuldu
17:57 9 Noyabr 2016
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda quldurluqla məşğul olan dəstə zərərsizləşdirilib.

Milli.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, noyabrın 8-də Yasamal rayonu ərazisində 3 nəfər naməlum şəxs Bərdə rayon sakini Elgün İsmayılovu "VAZ-2106" markalı avtomobilə əyləşdirib döyərək 200 manat və 10 min rubl pulunu, habelə mobil telefonunu alıblar.

Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Elvin Bağırov (avtomobilin sahibi), əvvəllər məhkum olunmuşlar Famil Babayev və Balakən rayon sakini Mahir Aşurov tutulublar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/487875.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR