Oktyabrın ən yaxşı qolunun müəllifi müəyyənləşdi - VİDEO

Oktyabrın ən yaxşı qolunun müəllifi müəyyənləşdi -   VİDEO
17:57 9 Noyabr 2016
78 İdman
Ölkə mətbuatı
A- A+

I Divizionda oktyabr ayının ən yaxşı qolunun müəllifi müəyyənləşib. Fanat.Az xəbər verir ki, Peşəkar Futbol Liqasının azarkeşlər və idman jurnalistləri arasında keçirdiyi sorğunun nəticəsində qalibi müəyyənləşdirmək mümkün olmayıb.


Belə ki, azarkeşlər bir, jurnalistlər digər futbolçunu oktyabr ayının ən yaxşı qolunun müəllifi hesab ediblər. Emin Mehtiyev (“Zaqatala” PFK) jurnalistlərin seçimi zamanı 40 % səs toplayıbsa, Anar Babayev (“Səbail” PFK) azarkeşlərin səsverməsi zamanı eyni nəticəni təkrarlayıb.


Belə olan təqdirdə qaydalara əsasən Peşəkar Futbol Liqası səsvermə hüququndan istifadə edib. Keçirilmiş daxili toplantı zamanı səslərin çoxunu “Zaqatala”nın futbolçusu Emin Mehtiyev qazanıb. Beləliklə, Mehtiyev I Divizionda oktyabr ayının ən yaxşı qolunun müəllifi olub.


Futbolçuya Peşəkar Futbol Liqası tərəfindən hazırlanmış xatirə hədiyyəsi və pul mükafatı (500 AZN) “Zaqatala”nın ev oyunlarının birində təqdim olunacaq.



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-oktyabrn-n-yax-qolunun-mullifi-muyynldi-t54023.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR