Samuxda kütləvi dava: yaralananlar var

Samuxda kütləvi dava: yaralananlar var
18:05 9 Noyabr 2016
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Samux rayonunda kütləvi dava olub.

Milli.Az-ın report-a istinadən məlumatına görə, hadisə rayonun Sərkar kəndindəki qışlaq sahədə baş verib.

Qışlaq sahəsi üstündə baş verən kütləvi davada kənd sakinləri, 1991-ci il təvəllüdlü Seymur Əli oğlu Dünyamalıyev və 1987-ci il təvəllüdlü Gülbəniz Ramiz qızı Əsgərova müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar öncə Samux Rayon Mərkəzi Xəstəxanasına, oradan da Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar.

Həkimlər tərəfindən göstərilən tibbi yardımlardan sonra travmatologiya şöbəsinə yerləşdirilən hər iki zərərçəkənin vəziyyəti orta-ağır olduğu bildirilir.

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/487876.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR