Lənkəranda mina tapılıb - FOTO

Lənkəranda mina tapılıb - FOTO
19:27 9 Noyabr 2016
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran şəhərində dəniz kənarında mina tapılıb.

Milli.Az bildirir ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən APA-ya verilən məlumata görə, dəniz sahilindən 1 ədəd tank əleyhinə mina (TM-62P) aşkar edilərək götürülüb, nəticə etibarilə 1 000 kv.m ərazi yoxlanılıb.
 
Ümumilikdə agentlik tərəfindən 7 Aprel - 9 noyabr 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 649 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 2 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib. 3 952 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 2 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd "siqnal minası" və 43 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR