Neslihan Atagüldən etiraf: "18 yaşıma qədər..."

Neslihan Atagüldən etiraf: "18 yaşıma qədər..."
20:01 9 Noyabr 2016
683 Şou
Ölkə mətbuatı
A- A+

Aktrisa Neslihan Atagül reklamına çəkildiyi markanın mətbuat konfransında iştirak edib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, 2016-cı ili həyatının ən uğurlu ili adlandırıb:

"Çox gərgin il idi. "Kara sevda" sevildi, ailə qurdum, insanlardan gözəl münasibət gördüm".

O, ekranlara necə gəlməsi haqda da danışıb:

"8 yaşında filmləri izləyəndə atama "Mən aktrisa olacağam" deyirdim. 13 yaşıma çatanda hiss etdim ki, artıq nəsə etməliyəm. Araşdırdım, bir agentlik tapdım. Anama dedim ki, məni ora aparsın. Sonra qeydiyyatdan keçdim. Filmlər, reklamlar... Bir də gördüm ki, buralardayam. 18 yaşıma qədər hər yerə anam məni aparırdı. Çox səbr etdi".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60812

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR