Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 9 Noyabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 9 Noyabr
20:24 9 Noyabr 2016
236 Digər
Ölkə mətbuatı
A- A+

Dünən də qeyd etdiyimiz kimi, ABŞ-da prezident seçkiləri "Brexit"in nəticələri kimi hər kəsi təəccübləndirə bilər. Elə də oldu. Artıq dünya birliyi Tramp gerçəyini qəbul etməyə məcburdur.

 

Amerika cəmiyyəti dəyişikliyə hamilə idi və 18 ay sonra Donald Tramp adlı bir prezident "doğuldu". Trampın doğuluşu dolların ucuzlaşması, əsas indekslərin dəyərdən düşməsi ilə müşayiət olunur. Federal Ehtiyat Sisteminin bu durumda dolların faiz dərəcəsini artırması ehtimalı hər saat daha da azalır. FES bir qayda olaraq qeyri-müəyyən durumlarda faiz dərəcələrini artırmır.

 

Trampın zəfər nitqi onun dönəmində ABŞ-ın xarici siyasətdə daha loyal xətt yürüdüləcəyini göstərir. Tramp amerikalıların ona "əvvəl evin içi, sonra çölü" mesajını verdiyini anlayır, bu səbəbdən xarici deyil, daxili siyasətə daha çox diqqət ayıracaq.

 

Dünyanı maraqlı proseslər gözləyir, izləyək...

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259014

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR