PKK avtobusu atəşə tutdu: 4 ölü, 2 yaralı

PKK avtobusu atəşə tutdu: 4 ölü, 2 yaralı
22:33 9 Noyabr 2016
78 Dünya
Ölkə mətbuatı
A- A+

PKK terror qruplaşmasının silahlıları Türkiyənin Van vilayətinin Başqala rayonunun İranla sərhəd ərazisində mikroavtobusu atəşə tutub.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, nəticədə 3 kənd qoruyucusu və 1 mülki şəxs həlak olub.

Hücum zamanı daha iki kənd qoruyucusu yaralanıb. Yaralılar Başqala Dövlət Xəstəxanasına yerləşdiriliblər.

Terrorçuların zərərsizləşdirilməsi üçün bölgədə xüsusi əməliyyat başlayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR