Yunanıstanda bütün futbol yarışları dayandırılıb

Yunanıstanda bütün futbol yarışları dayandırılıb
23:12 9 Noyabr 2016
39 İdman
Ölkə mətbuatı
A- A+

Yunanıstanda bütün futbol yarışları dayandırılıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə qərarı Yunanıstan Futbol Federasiyası (YFF) verib.

Buna səbəb yerli Hakimlər Komitəsinin sədri Giorgos Bikasın evinin yandırılması olub. YFF hadisədən sonra ölkədə bütün futbol yarışlarının müddətsiz dayandırıldığını açıqlayıb.
 
Yunanıstanın "Panatinaikos", "Olimpiakos" və PAOK kimi böyük klubları federasiyanın bu qərarına dəstək veriblər.
 
Yunanıstanda bu, ilk belə hal deyil. Ötən mövsüm də analoji vəziyyət yaşanmış və PAOK-la "Olimpiakos" arasındakı matçda baş vermiş iğtişaşdan sonra ölkə kuboku uğrunda oyunlar dayandırılmışdı.
 
Qeyd edək ki, PAOK Avropa Liqasında "Qarabağ"la birgə J qrupunda mübarizə aparır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/487930.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR