"Mançester Yunayted"in hücumçusu Zlatan İbrahimoviç yenidən maraqlı açıqlamaları ilə yadda qalıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, ulduz futbolçu Mançester və Paris şəhəri barədə fikir bildirib.
"Bura gəlməzdən öncə Mançester şəhəri və hava şəraiti barədə bəzi şeylər dedilər. Amma hələlik hər şey yolunda gedir. Mançester yaşadığım ən gözəl şəhərdir. Ailə adamıyam. Parisdə olduğum müddətdə bir dəfə belə Eyfel qülləsinə getməmişəm. Onlarda istədim ki, Eyfelin yerinə mənim heykəlimi qoysunlar, etmədilər. İndi etsələr, bəlkə, Parisə gedib ziyarət edərəm".
Milli.Az