Saakaşvili vəzifəsindən azad edildi: Ukrayna prezidenti sərəncam imzaladı

Saakaşvili vəzifəsindən azad edildi: Ukrayna prezidenti sərəncam imzaladı
01:53 10 Noyabr 2016
149 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna prezidenti Pyotr Poroşenko Mixail Saakaşvilinin Odessa Vilayət Dövlət Administrasiyasının başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, bu barədə məlumat Ukrayna dövlət başçısının saytında dərc edilib.

Digər sərəncamla, M.Saakaşvili Ukrayna prezidentinin ştatdankənar müşaviri vəzifəsindən də azad edilib.

Qeyd edək ki, noyabrın 7-də Mixail Saakaşvili Odessa qubernatoru vəzifəsindən istefa verdiyini açıqlayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR