Ərdoğan Trampa zəng edib

Ərdoğan Trampa zəng edib
06:13 10 Noyabr 2016
187 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı təbrik edib.

"Anadolu" agentliyinin yaydığı xəbərəgörə Türkiyənin dövlət başçısı Donald Trampa telefonla zəng edərək, ABŞ prfezidenti seçilməsi münasibətilə ona təbriklərini çatdırıb.

İki ölkə arasında münasibətlərin qarşılıqlı maraq və anlaşma əsasında qurulduğunu diqqətə çəkən Türkiyə prezidenti ikitərəfli münasibətlərin daha da möhkəmlənəcəyinə inandığını qeyd edib.

Tərəflər ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi, terrorla mübarizə, beynəlxalq və regional səviyyədə əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıblar.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/175364.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR