FED dekabrda uçot dərəcəsini artırmayacaq

FED dekabrda uçot dərəcəsini artırmayacaq
08:22 10 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Donald Trampın ABŞ-ın yeni prezidenti seçilməsi praktiki olaraq dekabrda keçiriləcək Federal Ehtiyatlar Sisteminin (Federal Reserve System, FED) iclasında uçot dərəcəsinin artırılması ehtimalını sıfıra endirir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu "Saxo Bank"ın baş iqtisadçısı Stin Yakobsen bildirib.

Seçkilərədək dekabrda keçiriləcək iclasda uçot dərəcəsinin artırılması ehtimalı 80% idi.
 
S. Yakobsen bildirib ki, dolların zəifləməsi ilə əlaqədar inflyasiyanın təzyiqi altında ABŞ-da resessiya təhlükəsinin artması qızılı bahalaşdıracaq: "Növbəti il ərzində qızılın unsiyasının qiyməti 1500 dollaradək arta bilər".
 
Bankir qeyd edib ki, neft bir neçə ay öncə proqnozlaşdırılandan bir qədər artıq bahalaşacaq: "İllik diapazon 35-70 dollaradək genişlənəcək. Bununla yanaşı, WTI markalı neft 62-65 dollaradək bahalaşa, ardınca isə 40 dollaradək ucuzlaşa bilər".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR