ATƏT ABŞ-dakı seçkiləri tənqid edib

ATƏT ABŞ-dakı seçkiləri tənqid edib
08:42 10 Noyabr 2016
87 Dünya
Ölkə mətbuatı
A- A+

Rəsmi Vaşinqtonun ATƏT qarşısında götürdüyü öhdəliklərə zidd olaraq, beynəlxalq müşahidəçilərə bütün ştatlarda prezident seçkilərini izləməyə imkan verilməyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ATƏT-in ABŞ-da keçirilmiş prezident seçkilərinə dair yaydığı bəyanatda deyilir.
 
"Bir çox ştatlar seçkilərə müşahidəni tam şəkildə tənzimləmir, prezident seçkilərinə əcnəbi müşahidəçilərin buraxılması məsələsinə dair qərarları ştatın və yaxud dairənin rəsmiləri verir. ABŞ-ın ATƏT qarşısında götürdüyü öhdəliklərə zidd olaraq erkən səsvermə zamanı və noyabrın 8-də beynəlxalq müşahidəçilərə bütün ştatlarda seçki prosesini izləməyə imkan verilməyib", bəyanatda vurğulanır.
 
ATƏT-in hesablamalarına görə, ölkədə səsvermə hüququna malik olan 35 milyon seçici seçkilərdə iştirak etmək üçün qeydiyyata alınmayıb.  
 
ATƏT missiyası həmçinin bildirib ki, mövcud qaydalar prezident postu uğrunda mübarizə aparmaq üçün kiçik partiya nümayəndələri və müstəqil namizədlərə çətinlik yaradır. Məlumata görə, ABŞ-dakı seçkilərə dair yekun məruzə 2-3 aydan sonra dərc ediləcək. Qeyd edək ki, seçki prosesini 44 ölkəni təmsil edən 300-dən çox beynəlxalq müşahidəçi izləyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/487965.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR