Tövbə niyə dillə iqrar olunmalıdır?

Tövbə niyə dillə iqrar olunmalıdır?
08:47 10 Noyabr 2016
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Tövbənin hissələrindən biri də dil ilə istiğfar etməkdir. Yəni: "Əstəğfirullahi Rəbbi və ətubu iləyh" - "Allahdan bağışlanmaq istəyirən və tövbə edirəm" Sadə dillə desək: "Allahım! Səhv etmişəm".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, qəlbimizin peşman olması kifayət deyildir. Xeyr, Allah demişdir ki, qəlbin peşmanlığı ilə bir yerdə günahkarın iltimas səsini də eşitmək istəyirəm. Səs mühümdür. Allah buyurur: "Məni çağırın ki, Mən də duanızı qəbul edim". ("Ğafir", 60). Gəlib, qapının arxasında dayanıb, qapını döyməsən, heç kim qapını açmaz. Əgər susuz olanda deməsən ki, susuzam, sənə su verməzlər. Bizim bədən üzvlərimizin hamısı günaha düçar olmuşdur. Çalışsaq ki, bu günah quyusundan çıxaq, öz-özümüzə deməliyik ki, mən bu qaranlıqdan çıxmalıyam.
"Nəsuh tövbəsi" o tövbədir ki, orada həmin günaha qayıtmaq yoxdur. Bu cür tövbə edən şəxs sanki heç günah işlətməmiş insan kimi olur. O kəs ki, günahını davam etdirər və sonra istiğfar edərsə, sanki özünü istehza etmişdir. Bu halı ilə onu şeytan məsxərə edər. Əgər günahkar öz günahına görə dilində tövbə edib, sonra da həmin günahına qayıdarsa, adı yalançı kimi yazılar.
Böyük alimlərdən biri deyir: "Qohumlarımdan birini görmək üçün bir kəndə getmişdim. Evinə daxil olanda dedi: Ağacan, əvvəl bir dini sualım var, ona cavab verin. Dedim: Buyur. Dedi: Bu il dizimizə qədər qar yağmışdı. 5-in yarısı və 6-da hələ hava təzə işıqlaşırdı. Gəldim ki, belimi götürüm, gördüm ki, sarayın içində bir güclü canavar yatıb.
Ancaq mən onu görüb, qorxdum, o, isə qorxmadı və yerindən də tərpənmədi. Fikirləşdim ki, qar yağıb və bir şey tapa bilmədiyindən bura pənah gətirmişdir. Qayıdıb bir qədər gecədən qalma yeməklərdən və ətdən sininin içinə qoyub, yola düşəldim. Fikirləşdim ki, əgər onun yanına gedəndə əsəbi olsa, sinini tullayıb qaçacağam, əgər əsəbi olmasa, yaxınına gedəcəyəm. Bağın yanında qoyumlarım var idi. Qabağa gəldim gördüm ki, heç tərpənmir və ölməmişdir də. Qarnını qaldıranda altından beş dənə balası çıxdı, onları təzə dünyaya gətirmişdi. Bu canavar mənə yazıq bir baxışla baxırdı, sanki məndən ac körpələri üçün yemək istəyirdi. Yeməyi görəndə isə sanki mənə təşəkkür etdi. Canavar yeməkdən tikələri götürüb, uşaqlarının ağzına qoyurdu və özü yemirdi.
Çünki o, ana idi. Allah buyurur: "Aləmin bütün analarının: insanın, cin və heyvanın məhəbbətini toplasalar, Mənim məhəbbətimin bir zərrəsini də nişan verməz. Mənim bəndələrə olan məhəbbətim əgər yüz olarsa, onun birini bütün aləmə bağışlamışam. 99-nu isə saxlamışam ki, Qiyamət günü onlara xərcləyəm".
Həmin canavar bizimlə bahara qədər qaldı və uşaqları böyüyürdü. Bahar gələndə bir neçə dəfə harasa gedir və qayıdanda da uşaqlarına yemək gətirirdi. Bir gün getdi və uşaqları mənim qoyunlarımdan birini parçaladılar. Onu yedilər. Mən fikirləşdim ki, eybi yoxdur. Anası gecəni qayıtdı və gördü ki, balaları mənim qoyunumu parçalayıb, çox pis oldu. O, uşaqlarını döyməyə başladı, onları götürüb, divara çırpırdı, sanki mənə baxır və xəcalətli olduğunu bildirmək istəyirdi.
Sabahısı günü uşaqlarını qabağına salıb, apardı və bir də gəlmədi. Dörd ay keçəndən sonra gördüm ki, həmin ana canavar gəlir və qarşısında da bir quzu gətiribdir. Sanki uşaqlarının parçaladığı həmin qoyunun əvəzini çıxmaq istəyirdi. İndi sualım budur ki, mən bilmirəm bu quzunu haradan gətirib, onun hökmü necədir? Halaldır, yoxsa yox?".
Bəli, bu həmin canavarın mərifəti idi, öz səhvini düzəltmək üçün çalışmış və bir quzu taparaq, həmin müsəlmanın yanına gətirmişdi. Biz insanlar da günahımızı başa düşüb, tövbə etməliyik və bu günaha qayıtmamağımızı qəti qərara almalıyıq. Bunun üçün çalışmalıyıq və bizim peşman olmağımızın bir yolu da göz yaşlarımızdır. Bu halda İmam Əlinin (ə) sözlərindən başqasını deyə bilmərik: "Bizim ağlamaqdan başqa sərmayəmiz yoxdur".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/487833.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR