Macarıstan Azərbaycanın turizm bazarına çıxmaq istəyir

Macarıstan Azərbaycanın turizm bazarına çıxmaq istəyir
09:27 10 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Macarıstanın 3 iri turizm şirkəti Azərbaycan bazarına daxil olmağı planlaşdırır.

Milli.Az bildirir ki, bunu Trend-ə müsahibəsində Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski deyib.

Səfirin sözlərinə görə, ölkənin aparıcı şirkətlərindən olan "1000 Yol", "Robinzon Turs" və "Vedi Turs" Macarıstanla Azərbaycan arasında turizm münasibətlərinin inkişafında maraqlıdır və bunun üçün Azərbaycan bazarını araşdırırlar.

Səfir azərbaycanlı turistlərin son illərdə Macarıstana marağının artdığını da qeyd edib. Qeyd edək ki, bu ilin martında Macarıstanın WizzAir aviaşirkəti Bakı-Budapeşt-Bakı reysi ilə uçuşları bərpa etmişdi.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR