Ruslan Abışovun toyu nə vaxt olacaq?

Ruslan Abışovun toyu nə vaxt olacaq?
09:57 10 Noyabr 2016
287 İdman
Ölkə mətbuatı
A- A+

"İnter”in və Azərbaycan milli komandasının üzvü Ruslan Abışov evlənir. 


Fanat.Az xəbər verir ki, 29 yaşlı futbolçu toy mərasiminin tarixinin dəqiqləşdiyini bildirib.


Abışov gələn ay evlənəcəyini söyləyib: "İnşallah, dekabrın 6-sı toyumdur. Mərasim "Park Meridian"da olacaq. Tanınmış müğənnimiz, klipində çəkildiyim Sevda Yəhyayeva də toyda iştirak edəcək. Əlbəttə, ailə həyatı quracağım insan futbolçu olduğumu yaxşı başa düşür, idman adamı olduğumu bilir. Bu cəhətdən heç bir problem yoxdur. Hər şey qaydasındadır. İdman mənim işimdir. Ailə isə ən birinci yerdə gəlməlidir. Gələcək həyat yoldaşım mənə və işimə hörmətlə yanaşır". (sportnet.az)


Fanat.Az 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ruslan-abovun-toyu-n-vaxt-olacaq-t54024.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR