Hillari Kliniton ağladı: "Təəssüflənirəm, ümid edirəm" - VİDEO - FOTO

Hillari Kliniton ağladı: "Təəssüflənirəm, ümid edirəm" - VİDEO - FOTO
09:57 10 Noyabr 2016
92 Dünya
Ölkə mətbuatı
A- A+

Ümid edirəm ki, prezident seçkilərində qalib gəlmiş Donald Tramp bütün amerikalılar üçün uğurlu prezident olacaq.

ABŞ-ın sabiq dövlət katibi, Demokrat Partiyasından prezidentliyə namizəd Hillari Klinton Nyu-Yorkda tərəfdarlarının qarşısında çıxış edərkən belə deyib.

Mill.Az ABC-yə istinadən bildirir ki, H.Klinton hakimiyyətin dinc yolla dəyişməsini dəyərləndirir və buna sayğı bəsləyir.

"Tərəfdarlarım da artıq Donald Trampı prezident kimi tanımalıdır. Seçkilərdə uduzduğumuza təəssüflənirəm. Lakin seçki kampaniyamla fəxr edirəm. Dostlar, təşəkkür edirəm. Burada olduğunuz üçün minnətdaram. Mən də hamınızı sevirəm", - Hillari Klinton ağlayaraq deyib.

O, göz yaşlarını siləndən sonra söyləyib: "Bu, can atdığımız, uğrunda çalışdığımız nəticə deyildi. Bu ölkənin dəyərləri üçün seçkilərdə qalib gələ bilmədiyimizə təəssüflənirəm. Amma belə kreativ, enerjili seçki kampaniyası ilə qürrələnirəm və əməyi olan hər kəsə təşəkkür edirəm. Məni öz namizədiniz etməyinizlə şərəflənirəm".

Sonda o, tərəfdarlarını ruhdan düşməməyə çağırıb: "Hər şey yaxşı olacaq, bu ölkə uğrunda çalışmalı və yaşamalıyıq".

Milli.Az


















































Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/487954.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR