“İçəri şəhər” Hindistanda

“İçəri şəhər” Hindistanda
10:01 10 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

“İçəri şəhər” bədii filmi dekabrın 9-dan 16-dək Hindistanda keçiriləcək 21-ci Kerala Beynəlxalq Film Festivalına dəvət alıb.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Axşam.az-a bildirilib ki, film festivalın “Dünya kinosu” proqramı çərçivəsində nümayiş olunacaq.

Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

Psixoloji dram janrında çəkilən filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırıblar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR