ABŞ-da respublikaçı Donald Trampın gözlənilməz
qələbəsini yəhudilərin sirli təlimi Kabbala öncədən xəbər
verib.
Publika.az xəbər verir ki, bu barədə Respublikaçılar
Partiyasının İsrail filialının rəhbəri Mark Sell deyib.
Onun sözlərinə görə, əvvəlcə iudaizm davamçıları heç nədən əmin
deyildilər: “Hətta Haredim (iudaizm) icması, ümumiyyətlə, seçkiyə
maraq göstərmirdilər. Lakin son iki həftədə hər şey dəyişdi.
İudaizmin bütün ravvinləri qərar çıxartdılar ki, Tramp Qüdsü,
İsraili və yəhudi xalqını qoruyanlarla birlikdə olacaq”.
M.Sell iddia edir ki, Trampın prezident seçiləcəyini sirli təlimin
əsas kitablarından olan Zaor Kitabında (İbranicə “Ehtişam”
deməkdir: Kabbala təliminin ən vacib kitablarındandır) əvvəlcədən
deyilib.
“Seçkiyə bir həftə qalmış mənim yanıma böyük mekubal (Kabbala
müəllimi) gəldi. Mən onun adını açıqlamayacam. O dedi ki, Zoar
Kitabı gələn həftə Trampın qələbə qazanacağından xəbər verir.
Ravvin sadəcə xahiş edirdi ki, mən onun mesajını ictimaiyyətə
çatdırım”, - deyə Sell bildirib.
Qeyd edək ki, Kabbala yəhudi mistik təlimidir. Bunun Tövratın batin
üzünü, yəni gizli tərəfini özündə əks etdirən təlim olduğu deyilir.
Bu təlim kitablar toplusundan ibarətdir. Kabbalizmin
tərəfdarlarının əslində, dünyanı idarə edilməsində böyük paya sahib
olduğu deyilir. Bu təlim haqda ilk məlumatlar XII-XV əsrlərdə
ortaya çıxıb. Lakin iddialara görə, Kabbala təlimi 4000 il əvvəldən
mövcud olub və həmişə gizli olaraq saxlanılıb. Masonluq kimi gizli
qrupların da məhz Kabbala təliminə əsaslandığı haqda məlumatlar
var.
Asif